• $
  • €
  • ₽
  • ₺
  • £

Ya müəllimlik, ya hicab... - Azərbaycanda müəllimə ŞİKAYƏT EDİR

Ya müəllimlik, ya hicab... - Azərbaycanda müəllimə ŞİKAYƏT EDİR
20.04.2022 19:46
Əfsanə Hüseynova 19 ildir fizika müəllimi işləyir. O deyir ki, hicab taxdığı üçün müəllim fəaliyyətində müəyyən problemlərlə üzləşir. Belə ki, hicab ilə bağlı nəinki məktəb direktorları hətta müəllimlərin işə qəbulu  (MİQ)  prosesində ona maneələr yaradılıb.

"2018 ci ildə iş yerimi dəyişmək üçün MİQ də iştirak etdim. İxtisasdan 53 baldan 38-ni topladım. Müsabiqədən keçdiyimi də bildirdilər. Amma cavablar açıqlanandan sonra  "siz kəsilmisiz” mesajını aldım. Bununla bağlı sosial şəbəkələrdə paylaşım etdik və məlum oldu ki, hicablı digər müəllimlər də həmin imtahandan kəsilib.Daha sonra məsələ ilə bağlı İlham Əliyevə, İnsan Resusrları Mərkəzinə müraciət ünvanladıq. Həmin müraciətləri screen edib Təhsil Şikayətləri qrupunda paylaşdıq. 1 saat sonra bizə cavab gəldi ki, siz keçmisiniz”, - Əfsanə Hüseynova bildirdi.
 
Onun sözlərinə görə, amma problem bununla bitməyib. Təhsil Nazirliyi onu Fizika, Riyaziyyat, İnformatika Təmayüllü məktəbə müəllim kimi göndərsə də liseyin direktoru  hicab geyindiyi üçün onu işə götürməyib. 
 
"Yayda Təhsil Nazirliyi mənim adımı Fizika,Riyaziyyat,İnformatika liseyinə göndərmişdi və məni iş görüşməsinə çağırmışdılar. Oranın direktoru dedi ki, sən hicablısan. Baxın görək mən burda bir hicablı müəllim işlədirəm ya yox?”, - müəllimə bildirdi. 

Əfsanə Hüseynova 2011 ci ildə maşın qəzası keçirib və  həmin qəzada bir böyrəyini itirib. O bildirir ki, qəza ilə bağlı səhhətində yaranan problemlər ona uzaq məsəfəyə getməyə imkan vermir. Buna görə də işlədiyi məktəbi dəyişdirmək üçün yenidən imtahan versə də ona mənfi cavab gəlib.
 
"Keçən ilin avqustda yenidən MİQ-ə imtahan verdim və vakansiya seçimində iştirak edib Yasamal rayonunda yerləşən 38 nömrəli  məktəbə düşdüm. Aprel in 5-i müsabiqə mərhələsi idi və video çəkiliş də gedirdi. Bütün suallara cavab verdim və hətta direktor mənə dedi ki, əladır. Amma yenə səhifəmə cavab gəldi ki, siz kəsilmisiniz.Buna səbəb nədir, əlbəttə, din, hicab. Nəyə görə hicabım hər dəfə mənim üzümə vurulur və mən imtahandan kəsilirəm? Niyə  mən bu qədər stress yaşamalıyam?”,  -  müəllimə vurğuladı.
 
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Anews.az-a açıqlamasında deyir ki, Azərbaycanda hicab qadağan deyil şagirdlərin, müəllimlərin məktəbə hicabla gəlməyində məhdudiyyət olmamalıdır.
 
"Azərbaycanda hicab qadağan deyil. Məsələn İncəsənət Gimnaziyasında kifayət qədər hicablı müəllimlər var. Bu həftə  mənə üç belə şikayət daxil olub ki, mən hicab taxdığıma görə nəticələrim mənfi oldu və mənə fərqli suallar verildi”, ekspert deyib. 

Kamran Əsədov bildirir ki, şəffaflıq üçün müsahibədən keçənlərin videolarına baxmaq lazımdır. Xüsusilə apelyasiya şikayəti zamanı müsahibədən keçənlərin nə üçün keçdiyini və kəsilənlərin nəyə əsasən kəsildiyini göstərmək lazımdır.
 
"Amma Təhsil Nazirliyi bu məsələ ilə bağlı ictimaiyyətə açıq deyil və onlar bununla bağlı ictimaiyyətə yetərli informasiya vermirlər”, - o, əlavə edib.
 
Deputat Ceyhun Məmmədov da bildirir ki,  qanunvericilikdə hicablda işləməklə bağlı  məhdudiyyət yoxdur və hər bir vətəndaş öz etiqadını azad şəkildə ifadə edə bilər.
 
"Əgər kimsə hicabla bağlı tələb irəli sürürsə bu qeyri-qanunidir. Kimsə bu halla qarşılaşıbsa onlar müvafiq dövlət qurumlarına ,Təhsil Nazirliyinə müraciət edə bilərlər”.
 
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Əgər müəllim dini təbliğat və təşviqat aparmırsa onunhicab taxmasına direktorların qadağan qoyması qanuni deyil.

Səkinəxanım Məmmədova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol