• $
  • €
  • ₽
  • ₺
  • £

İranın qadağası Azərbaycana necə təsir edəcək?

İranın qadağası Azərbaycana necə təsir edəcək?
20.04.2022 09:55
İranda kartof, pomidor, badımcan və soğanın ixracı qadağan edilib. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
 
Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin 90 faizə yaxını İranın Azərbaycana ixracından ibarətdir. Cari ilin aprelin 12-də İranın Gömrük İdarəsinin rəisi Əlirza Müqəddəsi bildirmişdi ki, İrandan Azərbaycana 565 milyon dollar dəyərində məhsul ixrac olunub.
 
Milyon dollarlıq məhsul ixrac etdiyi dövlətdəki yeni qadağa  Azərbaycana necə təsir edəcək?
 
İqtisadçı ekspert Asif İbrahimov  bildirir ki İrandan Azərbaycana daxil olan məhsullar bazarda daha ucuz satılırdı və tələbat var idi. 
 
"İranın qadağası dünya bazarında qıtlığın yaranacağı, yəni tələbatın artması ilə bağlıdır. Həmçinin, qonşu ölkələrdə idxal tarixinin aşağı düşməsi,  daxili bazarında qiymət və ehtiyacların tənzimlənməsi məqsədi güdür. Həmin ölkədən gələn məhsullar bazardakı qiymətlərdə tənzimləyici rolu oynayırdı. Qadağalar bu balansı pozacaq. Qiymətlərin artımı istisna edilmir. Həmçinin, bu məhsullarda azalma açıq-aydın müşahidə ediləcək. Buna görə də ciddi addımlar atılmalıdır. Ərzaq təhlükəsizliyimiz təhdid altında hesab oluna bilər. Bu, tək İrana aid deyil. Ölkəyə digər ölkələrdən idxal olunan məhsullara hər hansı qadağa qoyula bilməsi də bu təhdidi artırır. Düşünürəm ki, ərzaq təhlükəsizliyi barədə olan Dövlət Proqramına yenidən baxılmalıdır. Fermerlə təşviq edilməli, torpaqlara diqqət ayrılmalıdır ki, yerli məhsullar ölkədə çoxalsın", ekspert söylədi.
 
Deputat Vüqar Bayramlı düşünür ki, İrandan idxalın azalacağı halda, onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmayacaq. 

"Azərbaycanın illik 2  milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. 2020-ci ildə İrandan 23.6 milyon dollarlıq dəyərində kartof, 9.8 milyon dollarlıq təzə meyvə, 8.7 milyon dollarlıq təzə tərəvəz, 13.0 milyon dollarlıq şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollarlıq çörək və un məmulatları, 1.9 milyon dollarlıq süd və qaymaq, 1.5 milon dollarlıq balıq, 1.4 milyon dollarlıq şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları  (çay (177.2 min dollarlıq), düyü (167.4 min dollarlıq) makaron məmulatları (51.4 min dollarlıq) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir", - deputat vurğulayıb.

2021-ci ildə Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 390,466 mln. ABŞ dollar təşkil edib ki, bu da ondan əvvəlki il ilə müqayisədə 28,9% artıb. 2020-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 339 milyon dollar olub. İqtisadi fəaliyyətin pandemiyadan zərər çəkmədiyi 2019-cu ildə isə bu göstərici 494 milyon dollara yaxın idi. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsində 2018-ci ildən bəri ciddi artım gözə çarpır. 2009-2017-ci illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi illik ortalama 228 milyon dollar səviyyəsində olsa da, 2018-ci ildə 446 milyon dollara yüksəlib. Azərbaycanın quru sərhədi olan ölkələr arasında ən az ticarət dövriyyəsinə malik olduğu ölkə də İrandır. 
 
Azərbaycanın illik 2 milyard dollarlıq ərzaq məhsulu idxalının təxminən 3 faizə yaxını İrandan təmin edilir. 2020-ci ildə İrandan Azərbaycana 23.6 milyon dollar dəyərində kartof, 18.5 milyon dollar dəyərində təzə meyvə və tərəvəz, 2.9 milyon dollar dəyərində çörək və un məmulatı, 3 milyon dollar dəyərində ağartı, 1.5 milyon dollar dəyərində balıq məhsulları və bir sıra digər ərzaq məhsulları – şokolad, çay, düyü, makaron (təxminən 2 milyon dollar dəyərində) gətirilib. 
 
2020-ci ildə Azərbaycanın toplam xarici ticarət dövriyyəsi 20 milyard 363 milyon dollar olub. Bu o deməkdir ki, Azərbaycanın İranla ticarət dövriyyəsi ölkənin toplam ticarət həcminin cəmi 1.7 faizidir. Azərbaycanın ticarət əlaqələri saxladığı ölkələr arasında ticarət dövriyyəsinin həcminə görə İran 15-ci yerdədir.
 
Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol