• $
  • €
  • ₽
  • ₺
  • £

Media nümayəndələri üçün inklüziv təhsil mövzusunda seminar keçirilib

Media nümayəndələri üçün inklüziv təhsil mövzusunda seminar keçirilib
20.04.2022 10:53
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçlığı ilə aprelin 19-da müxtəlif media qurumlarını təmsil edən 16 nümayəndənin iştirakı ilə inklüziv təhsil mövzusunda seminar keçirilib.


"Regional İnkişaf” İctimai Birliyi tərəfindən bp və tərəfdaşlarının dəstəyi ilə icra olunan "Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi" layihəsi çərçivəsində təşkil edilən seminarın məqsədi media nümayəndələrinin inklüziv təhsilin mahiyyəti, qanunvericilik bazası, ölkədə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumatlandırmaq və inklüziv təhsilin mediada daha geniş və düzgün işıqlandırılmasını təşviq etməkdir.


Seminarın açılışında çıxış edən layihə rəhbəri Fərid Süleymanov "Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra olunan inklüziv təhsil layihələri çərçivəsində ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin görüldüyünü və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə fəaliyyətlərin davamlı xarakter aldığını iştirakçıların diqqətinə çatdırıb. Fərid Süleymanov çıxışında bildirib ki, müvafiq sahədə layihələrin uğurla icrası nəticəsində Azərbaycan Dövlət Pedoqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 4 orta ümumtəhsil məktəbində İnklüziv Resurs Mərkəzləri yaradılmış və tam təchiz edilmiş, beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanmış və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə təlimləndirilmiş, ölkəmizdə inklüziv təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq "Azərbaycanda İnklüziv Təhsil Siyasətinin İcmalı” hesabatı hazırlanmış və onun aidiyyəti dövlət qurumlarının, millət vəkillərinin, beynəlxalq təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirələri keçirilmiş, 2 beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilmiş, ali və orta məktəblərə paylanılmış, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilmiş, ADPU-nun "İbtidai təhsilin təşkili”, "məktəbəqədər təhsil”, "təhsildə sosial-psixoloji xidmət” və "korreksiyaedici təlim” ixtisalarının kurrikulumuna inklüziv təhsil fənni daxil edilmiş, inklüzivliyə dair videoçarxlar, animasiyalı posterlər, müxtəlif adda 50000-dən çox məlumatverici çap materialları hazırlanaraq paylanılmış və yayımlanmış, Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibəti ilə "Fərqliyik, bərabərik” adlı uşaq festivalı keçirilmiş, beynəlxalq ekspertlərin iştirakı ilə onlayn beynəlxalq konfrans keçirilmiş və digər təbliğat-təşviqat işləri aparılmışdır.


Medianın İnkişafı Agentliyinin əməkdaşı Səbinə Seyidova çıxışında əlillik və inklüziv təhsilə düzgün münasibətin formalaşmasında, inklüziv təhsil və onun əhəmiyyəti barədə geniş ictimaiyyətin maarifləndirilməsində medianın xüsusi rolunu şərh edərək, bu sahədə medianın qarşısında duran vəzifələrdən danışıb.


Seminarın sonunda media nümayəndələri ölkəmizdə inklüziv cəmiyyətin və təhsilin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.
 








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol