• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyində maliyyə pozuntuları AŞKARLANDI

Təhsil Nazirliyində maliyyə pozuntuları AŞKARLANDI
20.04.2022 11:19
Hesablama Palatası 2021-ci ildə Təhsil Nazirliyində həyata keçirdiyi yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlayıb, bununla bağlı palatanın 2021-ci ildə görülən işlər haqqında hesabatında qeyd edilib.
 
Sənədə əsasən, Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb.
 
Rəsmi məlumata görə, dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmayıb.
 
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol