• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ay əvvəl yaranan şirkət 158 minlik tender uddu

Bir ay əvvəl yaranan şirkət 158 minlik tender uddu
21.04.2022 15:27
Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
 
Tender müsabiqəsinin qalibi "Branso Lıne” MMC (VÖEN: 1007413661) olub.
 
Memarlıq və İnşaat Universiteti təsərrüfat və elekrik mallarının alınması üçün "Branso Lıne” MMC-yə 96 min 794 manat 50 qəpik ödəyəcək. 
 
Məlumat üçün qeyd edək ki, 97 min manatlıq tenderin qalibi olan "Branso Lıne” MMC müsabiqə elanından (04.03.2022) təxminən bir ay əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı "Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də yerləşir. "Branso Lıne” MMC-nin qanuni təmsilçisi Abdullayeva Elvira Vaqif qızıdır.
 
Onu da bildirək ki, "Branso Lıne” MMC ötən ay Memarlıq və İnşaat Universiteti və AMEA-nın Fizika İnstitutu tərəfindən keçirilən daha 2 tender müsabiqəsinin qalibi olub. Adları qeyd olunan qurumlara ümumilikdə 61 min 803 manatlıq mətbəə məhsulları satılıb.
 
Heç bir təcrübəsi olmadığı halda qısa müddətdə 2 təhsil ocağına ümumilikdə 158 min manatlıq məhsul satan şirkətlə bağlı maraqlı məqamlardan biri də odur ki, son dövrlərdə "Branso Lıne” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir-neçə şirkət də qeydiyyata alınıb. 
 
"Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də  ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol