• $
  • €
  • ₽
  • ₺
  • £

Heyvansevərlərin məhkəməsi təxirə düşdü

Heyvansevərlərin məhkəməsi təxirə düşdü
22.04.2022 14:04
Bu gün, aprelin 22-də Xətai Rayon Məhkəməsində heyvan haqları müdafiəçilərinin baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb, bu barədə anews.az-a açıqlamasında heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev məlumat verib.
 
Mirzəyevin sözlərinə görə, təxirə düşməsinə səbəb ittihamçı tərəfin yenidən ekspertiza tələbi olub. Növbəti məhkəmənin nə vaxt olacağı bəlli deyil.
 
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
 
Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilir. İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər. Heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovanın əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir. 
 
Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol