• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı 20 milyon itirdi

Azərbaycanlı iş adamı 20 milyon itirdi
25.04.2022 14:03
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Murad Muradov 20 milyon türk lirəsi (2 milyon 318 min manat) itirib. Bu barədə biznesmen özü məlumat yayıb.
 
O, yüksək gəlir əldə etmək məqsədi ilə bu işə sərmayə yatırıb. Lakin sonradan investisiya etdiyi məbləği geri ala bilməyib.
 
Uzun illərdir Antalyada tikinti, qızıl sahəsində biznes fəaliyyəti ilə məşğul olan Muradov, bir müddət öncə villasını icarəyə götürmək istəyən Almaniya vətəndaşı və onun xanımı ilə tanış olub. Alman ər-arvad Murad Muradovdan kriptovalyuta mübadiləsinə pul yatırmağı təklif edib. İddiaya görə, Muradov, həmin şəxslərin mübadilə şirkətinə hissə-hissə 1 milyon 172 min dollar ödəyib. Muradov əldə edəcəyi əlavə qazancla torpaq sahəsi almaq niyyətində olub.
 
Bir müddət sonra isə həmin şəxs torpaq almaq üçün Muradova 800 min dollar göndərib. Daha sonra Almaniya vətəndaşı guya bu 800 min dolları özünün kimi göstərib və iş adamının xaricə getməsi fürsətindən istifadə edərək onun hesablarına girov əməliyyatına başlayıb. Xaricdəki hesablarından pul çıxara bilməyən və hesablarına həbs qoyulduğunu öyrənən Murad Muradov şoka düşüb. Aldadıldığını anlayan Muradov, Türkiyəyə gələn kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə Şöbə İdarəsinə gedərək həmin şəxslərdən şikayət edib.
 
"Bizim villalardan birini ofis kimi icarəyə götürüblər. Tanış olduq, bir ailə kimi idilər, ətrafa güvən verdilər. Dedilər ki, bilikləri çoxdur və kriptovalyutada işləyirdilər. Təzə olduqlarını və dünyada tanınmadıqlarını dedilər və mənə də sərmayə qoymağı təklif etdilər. Bu mövzudan çox məlumatlı olmadığımı desəm də, elə şeylər dedilər ki, inandım. Büdcə adı altında davamlı olaraq məndən pul aldılar. Satış günü sayt çökdü. Bu işin sonunda 1,2 milyon dollar sərmayə qoyduğumu anladım. Nə qədər etdimsə, pulumu geri çəkə bilmədim”, – iş adamı açıqlamasında bildirib.(milliyet)
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol