• $
  • €
  • ₽
  • ₺
  • £

Cinayət törədən polisə vətəndaş etibar edə bilərmi?

Cinayət törədən polisə vətəndaş etibar edə bilərmi?
25.04.2022 19:04
Bakının Xəzər rayonu polis bölməsinin əməkdaşı, polis  mayoru Tural Aslanov öz xidməti silahından istifadə edərək nişanlısını öldürüb. BUndan sonra o, özünə də qəsd edib.  
 
Analoji hadisə 2021-ci ilin sentyabrında da baş verib. Belə ki, Bakının  Nizami rayonunun  24-cü polis şöbəsində serjant İsmayıl Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla həyat yoldaşına 15 dəfə atəş açaraq qəsdən öldürmüşdü. 
 
Bəs bu cür hallar hansı səbəbdən baş verir və bu vətəndaşın polisə olan etibarını azaldırmı?
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Aqil Abbas hesab edir ki, bu cür halların baş verməsi polisə olan etibarı azaltmır.
 
"Dünyanın hər yerində bu cür hallar baş verir. Belə bir hadisə baş veribsə bunu ümumilikdə polisin adına hesablamaq doğru deyil. Azərbaycanda 20 mindən çox çox polis işçisi var. Polis hər zaman silah daşımalıdır. Çünki o ictimai asayişi qoruyur", - deputat bildirib.
 
Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, buna səbəb  polislərin peşəkarlıq səviyyəsinə  əsasən yox, tanışlıqla işə götürülməsidir. 
 
"DİN-də işə götürmə zamanı şəxslərin şəxsi kefiyyətlərinə xüsusi diqqət  yetirilməlidir.  Qohumbazlıq , tapşırma əsasında  işə polis götürdükcə daha pis hadisələrlə qarşılaşacayıq. Yol Partrul Xidmətində qanunu bilməyən çox sayda şəxslər var. Polis xidmət saatından sonra dincəlməlidir. Bizdə bəzi komandir və rəislər bunu nəzərə almır. Nəticədə də xoşagəlməz hadisələr baş verir. Xidmətə gələn polisin rəisi onun əhvalından bilməlidir ki, bu adam xidmətə köklənib ya yox", - ekspert vurğulayıb.
 
Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, Azərbaycanda vətəndaşlar artıq polisə etibar etmir. 
 
"Azərbaycanda "Polis haqqında qanun"da kifayət qədər ciddi fəaliyyət istiqamətləri göstərilib. Polis cəmiyyətin və dövlətin maraqlarının keşiyində  durmalıdır, hakimiyyətin və siyasi rejimin yox. Bu gün vətəndaşın polisə etibarı yoxdur, çünki polis zorakılıq və şiddət mənbəyi kimi diqqəti cəlb edir. Pandemiya dövründə Bakının Yasamal rayonunda polislərin vətəndaşları sürüyərək aparması, müəllimi lağa qoyub "dovşan" deməsi hamının yadındadır. Son olaraq ictimai fəal Bəxtiyar Hacıyevin başına gələnlər də buna sübutdur. Bu cür hallardan sonra vətəndaş polisə necə etibar edə bilər? Bunu söyləmək çox çətindir", - Səfərov qeyd edib.
 
Gülnar Nazimqızı 
 

 

 
 

 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol