• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Aşurov 7 gündür aclıq aksiyası edir

Samir Aşurov 7 gündür aclıq aksiyası edir
25.04.2022 17:56
Samir Aşurov yeddi gündür aclıq edir, bu barədə onun həyat yoldaşı bildirib. 
 
Onun sözlərinə görə, Samir Aşurov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

"Onun səhhəti məni çox narahat edir. Telefon əlaqəmiz belə yoxdur. Samir şəkərdir, ürəyində problemlər var, komaya düşə bilər. Sabah gərək özüm Şüvəlana gedib təcridxanadan onun səhhəti barədə öyrənim. Amma məlumat alacağıma da inana bilmirəm," Nuranə Aşurova  bildirib.
 
Samir Aşurovun aclığa başladığı aprelin 21-də vəkili Elçin Sadıqov bildiribş

Penitensiar Xidmətdən Samir Aşurovun səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.
 
Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.  Almaniyadan readmissiya olunan  Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da  olub. 


2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.
Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.


Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol