• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib
28.04.2022 15:45
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Bəhruz Həsənovun şikayəti üzrə qərarı elan edib. Bu barədə aprelin 28-də hüquqşünas Xalid Ağalıyev məlumat yayıb.

Şikayət 2012-ci ildə Həsənovun saxlanması və inzibati həbsilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsinin 5-ci bəndinə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) əsasən verilib.

Cəbhəçi hesab edib ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb.

O, həmçinin Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüquqlarının pozulması məsələsini qaldırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın hər iki maddəsi üzrə Həsənovun hüquqlarının pozulduğunu etiraf edib və ona 4500 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol