• $
  • €
  • ₽
  • ₺
  • £

Üç medalla təltif olunan əsgər veteranlıq statusu ala bilmir

Üç medalla təltif olunan əsgər veteranlıq statusu ala bilmir
04.05.2022 11:23
"Hər bir azərbaycanlı kimi mənim də arzum var idi ki, müharibə başlasın, gedib torpaqlarımızı azad edək. Qismət elə gətirdi ki, Vətən müharibəsi başlananda bir il idi ki, hərbi xidmətdə idim. Sentyabrın 27-dən müharibənin sonuncu gününədək döyüşlərdə iştirak elədim”.
 
Bu barədə Vətən müharibəsi qazisi Şıxəlizadə İnayət Mübariz oğlu bildirib. 
 
O, Lənkəran rayonunun Balaşürük kəndində doğulub. Qazi Füzuli və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Həmin günləri belə xatırlayır: "Çox ağır döyüşlər gedirdi. Hər dəfə hansısa ərazini azad etdikcə çox sevinirdik. Düşmən bizim qarşımızda çox aciz və zəif idi, biz bunu hiss edirdik. Müharibədə olduğum müddətdə uzun müddət ailəmlə danışa bilmədim, məndən xəbər ala bilmirdilər. Hətta həmin vaxt mənim şəhid xəbərim də gəlibmiş. Sonradan ailəmlə danışdım, valideynlərim çox sevindilər ki sağam. Mən döyüşdə minomyotatan olmuşam. Dəfələrlə ölümdən xilas olmuşam. Yanıma düşmən mərmisi düşsə də, şükürlər olsun ki sağ qalmışam. Bir dəfə döyüş 4-5 dəqiqə idi ki başlamışdı, top mərmisi düz yanımıza düşdü, lakin xoşbəxtlikdən partlamadı. Bir dəfə də pusquya düşmüşdük. Yaxınlıqda döyüşə yoldaşlarımdan şəhid olanlar oldu. Bu çətin anlarda həm Allaha sığınırdıq, həm də özümüzə güvənirdik”. 
Qazi bildirir ki, düşməndən qisas almaq elə bir hisdir ki, onu sözlə ifadə etmək mümkün deyil, o anları ancaq yaşamaq lazımdır. İ. Şıxəlizadə müharibədə döyüşdüyünə görə 3 medalla təltif olunub. Lakin buna baxmayaraq hələ də veteranlıq statusu ala bilmir: "44 gün ərzində Vətən müharibəsində iştirak eləmişəm. 3 medalla – "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü” medallarıyla təltif edilmişəm. Lakin buna baxmayaraq mənə veteranlıq vermirlər. Nədənsə, mənim adımı sistemə salmayıblar. Lənkəran rayonunun Hərbi Komissarlığına müraciət etsəm də, problem həll olunmayıb”.
 
Şikayətlə bağlı Müdafiə Nazirliyinə müraciət etdik, qazinin probleminin araşdırılacağı bildirildi. 
 
Qazinin atası Mübariz Şıxəlizadə də I Qarabağ müharibəsi veteranıdır.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol