• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

Vətən müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib
04.05.2022 16:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı tədbirində Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan "Xəzər” markalı 50 avtomobil müharibə əlillərinə artıq təqdim olunub.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, avtomobillərin təqdim edilməsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərimizdən bəhs olunub.
 
Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramının icra olunduğu bildirilib. O cümlədən, postmüharibə dövründə 3500, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunduğu diqqətə çatdırılıb.
 
Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin son nəsil protezlərlə, 1400 müharibə əlilinin 17 min reabilitasiya vasitəsi ilə təmin olunduqları qeyd olunub. Həmçinin 5 min ailəyə sosial-psixoloji, 1500 şəxsə reabilitasiya xidmətləri göstərildiyi, 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb edildiyi bildirilib.
 
Vətən müharibəsi əlillərinin avtomobillə təminatı işlərinin davamı kimi, onlardan daha 50 nəfəri avtomobillə təmin edilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7400 minik avtomobili verilib.
 
Müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildirib və yüksək qayğı ilə əhatə olunduqlarına, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol