• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuz və Gədəbəydə toxumluq sahələrə baxış keçirilir

Tovuz və Gədəbəydə toxumluq sahələrə baxış keçirilir
07.05.2022 16:16
Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri davam etdirilir. Növbəti nəzarət tədbiri Tovuz və Gədəbəy rayonlarında həyata keçirilib.Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib. 

Belə ki, Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb. Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib.

Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Fermerlər, məhsul istehsalçıları yüksək məhsuldarlıq əldə etmək üçün keyfiyyətli toxuma üstünlük verməlidirlər. Çünki keyfiyyətli toxum yüksək məhsuldarlığın əsas şərtidir.

Fermer və təsərrüfat sahibləri bu il hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər.

Cari il yanvarından başlayaraq Dövlət Toxum Fondu tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl rayonlarında toxumluq sahələrə baxış keçirilib. Hazırda da toxumluq sahələrə nəzarət tədbirləri davam etdirilir.

2021-ci ildə Dövlət Toxum Fondu tərəfindən Azərbaycana 340 ton elit buğda toxumu idxal olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol