Mingəçevirdə həbs edilən şəxs qolunu və boğazını kəsdi

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmiş 29 yaşlı Səttar Fərzanlı özünə kəsici əşya ilə xəsarətlər yetirib.
Məhkəmənin qərarına etiraz edən şəxs kafel qırığı ilə qoluna və boğazına xəsarətlər yetirib. Dərhal idarəyə tibbi yardım briqadası dəvət edilib və ona tibbi yardım göstərilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























