• $
  • €
  • ₽
  • ₺
  • £

“Araz Supermarket” şəbəkəsindən 2,5 milyonluq cərimələnmə barədə - AÇIQLAMA

“Araz Supermarket” şəbəkəsindən 2,5 milyonluq cərimələnmə barədə - AÇIQLAMA
07.05.2022 14:13
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib. "Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara dair açıqlama verib.

"Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilib. Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər "Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürdük. Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik.  Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə edəcəyik. "Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq. "Araz Supermarket” şəbəkəsi dövlət orqanları, qeyri-hökumət təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün qədər operativ və dolğun şəkildə cavablandırmağa çalışır. "Araz Supermarket” şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir. Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif edə bilirik.
11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edirik. "Araz Supermarket” şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər yaradan fəaliyyətimizin bariz nümunəsidir”, - MMC-dən bildirilib.
 
Dünən, mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində "Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında "Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

"Belə ki, "Araz supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib”, - Dövlət Xidmətindən deyilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol