• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb

Ötən ay xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb
11.05.2022 15:12
Aprel üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
 
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20, menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol