• $
  • £

Bakıda aksiya keçirilir - CANLI

Bakıda aksiya keçirilir - CANLI
14.05.2022 15:00
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyır.

Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirlər.

Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq",  - o qeyd edib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 23:10
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 22:25
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Cəmiyyət 21:44
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Cəmiyyət 19:05
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Cəmiyyət 18:55
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Cəmiyyət 18:49
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Cəmiyyət 18:11
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol