• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün az da olsa özümüzü azad hesab etdik - Bəxtiyar Hacıyev

Bu gün az da olsa özümüzü azad hesab etdik - Bəxtiyar Hacıyev
14.05.2022 16:23
İctimai fəal Bəxtiyar Hacıyev bu gün keçirilən aksiyanı baş tutduğunu təsdiqləyib, bu barədə o anews.az-a açıqlamasında bildirib.
 
"Son zamanlar ictimai-siyasi fəallara,jurnalistlərə və ayrı-ayrı siyasətçilərə qarşı olan cinayətlərin arxasında hakimiyyətin durduğunu düşünürük. Bu cür halların dayandırlması üçün vətəndaş cəmiyyəti,ictimai fəallar və jurnalistlər belə bir aksiyanın keçirilməsini təyin etdik. Bəzi zorakılıq hallarının olmasına baxmayaraq aksiyamız baş tutdu. Hüquq müdafiəçisi Zaur Əkbər polis tərəfindən təpiklə vurulub. Kaş ki, bu aksiya tam dinc baş tutardı.Bu gün ilk dəfə az da olsa özümüzü azad hesab etdik. Bundan sonra çalışacayıq ki, zəncirvari cinayətlər dayansın. Cəmiyyət olaraq biz bunu bərabər formada etməliyik. Bu aksiyada bizə dəstək olan hərkəsə təşəkkür edirik", - Hacıyev bildirib.
 
Daxili İşlər Nazirinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu gün baş tutan aksiyada heç kəs saxlanılmayıb. Ərazidə polislər tərəfindən aparılan şəxslər sadəcə ərazidən uzaqlaşıdırıb. 
 
Bu gün bir qrup ictimai fəal  Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.

Təşkilat Komitəsinin müraciətində deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz ediblər.

Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir.

Aksiya polis nəzarəti ilə baş tutub və aksiya iştirakçıları sonda bəyənatı oxuduqdan sonra ərazıdan uzaqlaşıblar
 
Gülnar 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol