• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün rezidenturaya qəbul imtahanı keçirilir

Bu gün rezidenturaya qəbul imtahanı keçirilir
15.05.2022 09:09
Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilir.
 
DİM-dən  bildirilib ki, imtahanda 1279 namizəd iştirak edəcək. Onlardan 1021-i Azərbaycan, 258-i isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564-ü oğlan, 715-i qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə vətəndaşıdır.
 
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır.
 
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
 
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
 
- İmtahana buraxılış vərəqəsi.
 
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
 
Rezidenturaya imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol