• $
  • €
  • ₽
  • ₺
  • £

Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək
31.05.2022 11:30
Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun ilə əlaqədar Azərbaycanın milli parklarında "açıq qapı” günü keçiriləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Nazirlik Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edib.

Bildirilib ki, hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət etməklə əsrarəngiz təbiət əraziləri ilə tanış ola və vaxtlarını səmərəli keçirə bilərlər.

Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.
 
Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.

2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.

Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edib.  Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanıb. 
 
Azərbaycanda milli parklar milli və beynəlxalq nadir təbiət və mədəni sərvət dəyərlərinə malik olan təbiət hissələri, elmi və estetik baxımdan mühafizə, rekreasiya və turizm əraziləridir.

Milli parklar endemik növlərin mühafizəsinə təminat verir, onların daxilində mövcud olan mühüm məhdudiyyətlər sayəsində onların buraxılması cərimələrlə nəticələnə bilər. Məhdudiyyətlər aşağıdakılardır

- İçərisində tikmək və tikmək qadağandır.
- Giriş məhdudlaşdırılıb yalnız yollar şəbəkəsinə və müxtəlif marşrutlara icazə verir.
- Ətraf mühitə zərərli fəaliyyətlər qadağandır: ov, tonqal yandırmaq...
- Elmi səbəblərdən başqa heç bir növ material toplana bilməz.
- Müəyyən vaxtda məhdud sayda ziyarətçi yalnız icazə verildiyi piyada nəqliyyat vasitələrində həyata keçirilə bilər.


Ləman Qasımova
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol