• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda direktorlara qarşı sərt tədbirlər görüləcək

Azərbaycanda direktorlara qarşı sərt tədbirlər görüləcək
23.04.2014 20:01
Bu il müəllimlərin işə qəbulu ilə bağlı elan olacaq vakansiyaların sayı əvvəlki illərdən az olacaq. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev  məlumat verib. Nazirlik rəsmisi aprelin 21-də təhsil naziri Mikayıl Cabbarovun  imzaladığı “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrdən irəli gələn dəyişiklərin detallarını da açıqlayıb. Təhsil Nazirliyinin bütün rayon təhsil şöbələrində vakansiyalar üzrə sənədləri toplamağa başladığını deyən nazirlik rəsmisi bildirib ki, dərs yükü 24 saatdan 36 saata qaldırılıb: “Ona görə də düşünürük ki, boş saatların bir qismi mövcud müəllimlər arasında bölüşdürüləcək ki, bu həm də onların maaşının artırılması deməkdir. Bu dəfə imtahanlarında və yoxlamada dəyişiklik nəzərdə tutulur. Bundan əlavə plan var ki, hal hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlardan da imtahan götürülsün. Bu imtahanlarda yerdəyişmələr olacaq. Ola bilsin ki, hansısa müəllim başqa rayonda işləmək istəsin, onlar üçün yeni imkanlar yaradılacaq". İlham Nağıyevin sözlərinə görə, Təhsil Nazirliyi  həvəsləndirmə tədbirlərinin artırılması ilə bağlı hökumətə müraciət edib: "Əvvəlki həvəsləndirmə qaydaları qalır. Amma çalışırıq ki, əlavə həvəsləndirmə üstünlükləri olsun. Məsələn, bu gün bölgədə müəllimlik etməyə gedənlərə 3 il ərzində güzəştlər edilir. Hər ay onlara 40 manat verilir. Əgər məktəb rayon mərkəzindən uzaqdırsa, 70 manat da əlavə vəsait ödənilir. Bu məbləğ artırıla bilər". Bölgədə müəllim işləməyə getdiyi üçün güzəştlər əldə edən, amma bu güzəştlərdən yararlana bilməyən müəllimlərin problemlərinə gəldikdə isə nazirlik rəsmisi deyib ki, bunun nazirlikdən asılı olmayan səbəbləri var: "Məsələn, həvəsləndirmə olaraq onlara torpaq sahəsi verilməlidir. Amma Nazirlər Kabinetinin verdiyi qərarın icrası bəzən mümkün olmur. Bələdiyyələr “Bələdiyyələr haqqından qanun"u əsas gətirərək torpaq ayırmaqdan imtina edirlər. Bələdiyyələr haqqında qanuna dəyişikllik olunmalıdır". Bu ildə vakant yerlərə bir neçə dəfə artıq namizədin sənəd verməsi gözlənilir. İlham Nağıyev  deyib ki, keçən ildən fərqli olaraq bu il nazirlik boş qalan yerlərə əlavə imtahan keçirməyi nəzərdə tutur:  "Ötən il 3286 vakant yerə 19 minə yaxın sənəd verilmişdi. Lakin onların 15030 nəfəri imtahan iştirak etdi. Nəticələr ürək açan olmadı. Xeyli vakant yerlər qalsa da, nazirlik o yerlər üçün əlavə imtahanlar keçirmədi. Çalışırıq, bu il daha yüksək nəticə olsun. Ancaq bu o demək deyil ki, imtahan sualları asanlaşdırıla və ya imtahan qaydaları yüngülləşdirilə bilər". O ki qaldı bəzi məktəb direktorlarının vakant yerlərin sayını Təhsil Nazirliyindən gizlətməsinə, nazirlik rəsmisi bildirib ki, bu məsələ ciddi nəzarətdədir: "Hər hansı məktəb direktoru və ya təhsil müəssisəsi tərəfindən belə hallar olarsa, qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək".ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol