• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-də "Formula 1" ilə bağlı əməliyyat müşavirəsi keçirilib

DİN-də "Formula 1" ilə bağlı əməliyyat müşavirəsi keçirilib
07.06.2022 23:30
İyunun 7-də Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq "2022 Formula 1 Azərbaycan Qran Prisi”nin keçiriləcəyi müddətdə ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.


Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Müşavirəni giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.


İyun ayının 10-12-də keçiriləcək "2022 Formula-1 Azərbaycan Qran Prisi” yarışı ərəfəsində və günləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, yarışın keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol