• $
  • €
  • ₽
  • ₺
  • £

Yazdığı statusa görə saxlanılan şəxs sərbəst buraxıldı

Yazdığı statusa görə saxlanılan şəxs sərbəst buraxıldı
13.06.2022 10:52
Feysbukda yazdığı statusa görə polisə aparılan Nehrəm qəsəbə sakini Vəfadar Eyvazov iyunun 11-də gecə saatlarında sərbəst buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a onun özü məlumat verib.

"Axşam saat 22 radələrində məni evdən götürüb, Babək rayon Polis Şöbəsinə apardılar. Polis məni aparana qədər fürsət tapıb bəzi dostları məlumatlandıra bildim. Onlar hadisəni anında ictimailəşdirib və mətbuat da müdaxilə edib. Bundan sonra dərhal sərbəst buraxıldım", - V. Eyvazov bildirib.

O deyir ki, məsələ dərhal ictimailəşdiyindən, polislər onunla çox da kobud davranmayıblar.

"Əvvəlcə bir otağa saldılar, statusuma görə sorğu-sual elədilər. Çox keçmədən bayıra çıxarıb dedilər ki, burada gözlə. Sonra isə avtomobilə mindirib, haradan götürmüşdülərsə ora da qaytardılar. Dedilər ki, sabah özün gələrsən. Növbəti gün getdim, dedilər daha ehtiyac yoxdur, lazım olsa, zəng edib çağıracağıq. İndi evdəyəm normal qaydada işlərimlə məşğul oluram. Dəstək olan media nümayəndələrinə və dostlara təşəkkür edirəm”.

Vəfadar Eyvaz saxlanıldıqdan sonra Babək Rayon Polis İdarəsi ilə əlaqə saxlamaq mümkün olmamışdı.

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatından daxil olan məlumata görə, qurumun əməkdaşı Zaur Əkbər adıçəkilən idarə ilə əlaqə saxlayıb, Vəfadar Eyvazovun saxlanma səbəbi ilə maraqlanıb. İdarədən, protokol qaydalarını bəhanə gətirərək, Vəfadar Eyvazovun saxlanılma səbəbi haqda ətraflı məlumat verməyiblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol