Bakı-Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt elektrik qatarının metronun "Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir. Bu barədə jurnalist Naiq Cavadlı feysbuk hesabında yazıb.
O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.
www.anews.az
























