• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Hafizlinin məhkəməsinə ilkin baxış keçirilib

Əvəz Hafizlinin məhkəməsinə ilkin baxış keçirilib
20.06.2022 14:42
Jurnalist Əvəz Hafizlinin məhkəməsinə ilkin baxış keçirilib.  Bu barədə məhkəmədə iştirak edən jurnalist İfadə Cəfərzadə anews.az-a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə məhkəmədə Əvəz Hafizlinin qohumları, vəkili iştirak etməyib. İclasda iştirak etmək istəyən jurnalistin dostlarını isə məhkəməyə buraxmayıblar. 
 
Növbəti məhkəmə 4 iyun 12:30-a təyin edilib. Məhkəmə onlayn olacaq və açıq keçiriləcəyi gözlənilir.

Bildirilib ki, məhkəmə prosesində iştirak edənlərin sözlərinə görə, mərhumun heç bir ailə üzvü iştirak etməyib.
 
Jurnalist bildirib ki, ilkin baxış mərhələsində Böyük Britaniyanın Azərbaycandakı səfiri də iştirak edib.

Fəallar məhkəmənin binası önündə "Əvəzin qətli siyasidir!" şüarı ilə çıxış ediblər. Onlar növbəti məhkəmə proseslərini də izləyəcəklərini söyləyiblər.

Əvəz Hafizli bu ilin fevralın 22-də əmisi oğlu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. Ölümündən əvvəl dəfələrlə təhdid altında olduğunu bildirərərək aksiyalar keçirmişdi.

İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu, aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
 
Aytac


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol