• $
  • €
  • ₽
  • ₺
  • £

1233 məhkuma elektron qolbaq taxılıb

1233 məhkuma elektron qolbaq taxılıb
21.06.2022 13:12
Bakı üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir. Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib.

Həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır.

"Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb olunub, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından tez azad edilənlərdir",- İsmayılov deyib.

Probasiya əsasən insan hüquqlarına hörmət, şəxsiyyətə alçaldıcı davranışlardan çəkindirən bir yanaşma formasıdır. Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Probasiya xidməti təsis edilmişdir. Bu Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılıb.

Avropa Şurasının 2021-ci  illik hesabatına görə, Azərbaycan Avropada ən çox məhbus olan ölkələrdən biridir. Hesabata görə, ötən ilin aprelinə kimi Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür. Bir il öncə həmin göstərici 218.2 idi. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir. 


Ləman Qasımova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol