• $
  • €
  • ₽
  • ₺
  • £

Sevinc Məhərrəmovanı öldürən 15 il həbs verildi

Sevinc Məhərrəmovanı öldürən 15 il həbs verildi
22.06.2022 10:02
Bakıda arvadına sığınacaq verən qonşularını bıçaqlayıb, həyat yoldaşını qətlə yetirən Füzuli Qarayevə hökm oxunub. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.

Qərara görə, o, 15 il müddətə azadlıqdan məhrum edilib.

2021-ci il avqustun 3-də paytaxtın Zirə qəsəbəsində baş verib. 25 yaşlı Sevinc Məhərrəmova özündən 18 yaş böyük əri tərəfindən öldürülüb.

Füzuli Qarayev arvadının onunla mübahisə etdikdən sonra qonşusu Röyal Hüseynovun evinə sığındığını bilib. Oraya gedərkən küçədə Röyal Hüseynovu və onun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Qətlə yetirilən 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova 2020-2021-ci illərdə bir neçə dəfə polisə şikayət edib, ərinin onu döydüyünü bildirib.

Zərərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqova hökm elan olunmazdan öncə çıxışında deyib ki, bu qətl hadisəsinin baş verməsinin səbəbi dövlət orqanlarının biganəliyidir.

Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər.
 
Qarayev məhkəmədə ifadəsində ailəsində yaşananlara görə, feministləri günahlandırmışdı. O, iddia edirdi ki, Sevinc Məhərrəmova öz xalası qızı vasitəsilə feministlərə qoşulandan sonra ailədə ciddi problem yaranıb, evdən tez-tez çıxıb gedib.

"Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini alacaqsan, sosial alacaqsan, öz həyatını yaşayacaqsan...”, - o deyib.

Məhkəmədə səslənən fikirlərə, hələlik, nə sözü gedən qurumların, nə də Sevinc Məhərrəmovanın yaxınlarından münasibət almaq mümkün olub.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol