• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri Prezidentə müraciət etdilər

Hüquq müdafiəçiləri Prezidentə müraciət etdilər
22.04.2014 13:59
Hüquq müdafiəçiləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı və Əvəz Həsənov„ Ayna“ qəzetinin əməkdaşı Rauf Mirqədirov haqqında aprelin 21-də Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar 3 ay müddətində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
 
ANNET.Az-ın məlumatına görə, müraciətdə hüquq müdafiəçiləri uzun illərdir Azərbaycanda jurnalist və ictimai-siyasi fəaliyyət ilə məşğul olan bütün insanları yaxşı tanıdıqlarını qeyd ediblər. R.Miqədirovun 1988-ci ildən başlayan jurnalist fəaliyyətində rus dilli media qrumları arasında araşdırma-jurnalistikanın ən bacarıqlı nümayəndəsi kimi tanıdıqlarını,  yazdığı bütün məqalə və təhlillərin Azərbaycanın ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal olunması və bu işğal nəticəsində haqqı pozulan insanların səsinin tanınmasına xidmət etdiyini vurğulayıblar. Onlar Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya müharibəsinin getdiyi bir dövrdə Azərbaycandan kənarda qələminə hörmət olunan və məqalələrinə istinad olunan çox istedadlı bir jurnalistin vətənə xəyanət maddəsi ilə ittiham olunmasına təəssüfləndiklərini və R.Mirqədirovun belə cinayət törədəcəyinə inanmadıqlarını bildiriblər.
 
Bununla yanaşı hüquq müdafiəçiləri AR Prezidentindən R.Mirqədirova qarşı işin obyektiv təhqiqatının aparılmasını öz nəzarətinə götürməsini və onun təhlil aparmaq potensialından dövlətimizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı informasiya müharibəsində istifadə etməsində yardımçı olmasını xahiş ediblər.
 
ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol