Dövlət Vergi Xidmətinin şöbə rəisinin müavini İlqar Əkbərli dünyasını dəyişib.
O, uzun illər vergi orqanlarında rəhbər vəzifələrdə çalışıb. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Baş vergi müşaviri olan İlqar Əkbərli Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməmişdən əvvəl orada departament rəisi, beynəlxalq müqavilələr şöbəsinin müdiri vəzifəsini icra edib.(Qafqazinfo)