• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat oğlunun “avtoş”luğundan danışdı - VİDEO

Deputat oğlunun “avtoş”luğundan danışdı - VİDEO
22.04.2014 11:50
“Yalandır, yalan söhbətdir. Mənim oğlumun heç elə bir maşını da yoxdur”. 
Bu sözləri millət vəkili Elton Məmmədov Axar.az-a Zığ-Aeroport yolunda avto-xuliqanlıq edən 10 LZ 100 nömrəli “Porsche Panamera” maşınının oğluna məxsus olması məsələsinə aydınlıq gətirərkən bildirdi. Onun sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir: 
“Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın”. E.Məmmədov bunu ona və qohumlarına qarşı şantaj olduğunu dedi: 
“Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?” Millət vəkili qeyd etdi ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil: 
“Heç bir açıqlama etməyəcəyəm. Ancaq hesab edirəm ki, ləyaqətli jurnalistlər özləri araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalıdırlar. Təkcə mənim deyil, digərlərinin də övladlarının adı çəkilirsə, bunu araşdırmaq və cəmiyyətə həqiqəti çatdırmaq lazımdır. Araşdırmadan, müəyyənləşdirmədən bunu kiminsə övladının üstünə atmaq ayıbdır”. 
Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki “Porsche Panamera” markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərdən biri “Porsche-911” (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu barədə mediada iddialar səslənib.
ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol