• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dövlətə məxsus 3 helikopter 2 milyon manata hərraca çıxarılır

Azərbaycanda dövlətə məxsus 3 helikopter 2 milyon manata hərraca çıxarılır
06.07.2022 23:00
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 19-21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.


Bu barədə  nazirlikdən bildirilib.


Məlumata görə, 1-ci hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 2-ci hərraca isə 3 helikopter çıxarılıb.


Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə müəssisələr paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.


Paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağaza 400 min manata satılır. Rayonun Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən bu obyektin ümumi faydalı sahəsi 1 664 kvadratmetrdir. Hərracda iştirak etmək üçün 40 min manat beh məbləği ödənilməlidir.


Şəkidə yerləşən hamam xidmət sahəsi üçün əlverişlidir. Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 ünvanında yerləşən 2 saylı hamam ilkin start qiyməti ilə 17 500 manata təklif olunur. Bu əmlakı almaq üçün isə öncədən 1 750 manat beh məbləği ödənilməlidir. Obyektin ümumi faydalı sahəsi 151 kvadratmetr, torpaq sahəsi isə 213 kvadratmetrdir.


Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2013-cü illəri əhatə edir.


İyulun 21-də təkrar keçiriləcək hərraca çıxarılan hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan "Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan "Airbus EC-155B1” markalı helikopterlərdir.


Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: ( https://bit.ly/3mmNVpB )

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol