• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Azərbaycanda bu layihə üçün 600 min evro pul ayırdı

Aİ Azərbaycanda bu layihə üçün 600 min evro pul ayırdı
14.07.2022 11:25
Avropa İttifaqının maliyyə dəstəyi ilə baş tutan "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsinə 600 min evro pul ayrılıb, bunu anews.az-a açıqlamasında layihə təşkilatçılardan biri bildirib.
 
Layihəni podratçı olan "PROMAN" şirkəti həyata keçirəcək.
 
Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Avropa İttifaqı (Aİ) ilə birgə "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsinin bu gün açılışı olub.


Layihə aşağıdakı komponentləri ehtiva edir:


1. DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə imkanlarını gücləndirmək;


2. DİM-in davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını inkişaf etdirmək;


3. Layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün tədbirlər təşkil etmək.


2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə Litva, İrlandiya, Bolqarıstan, Albaniya və Ukraynadan olan mütəxəssislər cəlb olunub. Layihə çərçivəsində benefisiar qurum DİM, podratçı isə fəaliyyətin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq üzrə ixtisaslaşmış aparıcı beynəlxalq konsaltinq şirkəti olan və Lüksemburqda yerləşən "PROMAN" şirkətidir.


Layihə çərçivəsində aşağıdakı sahələr üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur:


- dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsində səriştəyə əsaslanan yanaşmanın hüquqi və institusional çərçivəsinin gücləndirilməsi;


- dövlət qulluqçularının səriştələrinin qiymətləndirilməsinə cəlb edilən DİM-in və müvafiq dövlət orqanlarının nümayəndələrinin, həmçinin müstəqil ekspertlərin səriştələrin yoxlanılması istiqamətində peşəkarlığının artırılması;


- səriştələrin yoxlanılması, xidməti fəaliyyətin qiymətləndirilməsi və namizədlərə dair hesabatların verilməsi kimi proseslərin rəqəmsallaşdırılmasına kömək edilməsi;


- dövlət qulluqçularının davamlı peşəkar inkişafını və fərdi karyera planlamasını təmin etmək üçün metodologiyanın hazırlanmasında DİM-ə dəstək göstərilməsi;


- maraqlı tərəfləri layihənin məqsədləri barədə məlumatlandırmaq;


- layihənin nəticələrini maraqlı tərəflərə təqdim etmək.


Layihə çərçivəsində komponentlər üzrə təlim və seminarların, dövlət qulluğunda səriştə modelini, həmçinin davamlı peşəkar inkişaf və fərdi karyera planlaması üzrə qabaqcıl üsulları tətbiq edən ölkələrə təlim səfərlərinin təşkili planlaşdırılır.
 
Ləman Qasımova 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol