• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Qulluğu Məcəlləsi nə vaxt müzakirəyə çıxarılacaq?

Dövlət Qulluğu Məcəlləsi  nə vaxt müzakirəyə çıxarılacaq?
14.07.2022 11:50
Dövlət qulluğunda hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi cari ilin payızında parlamentdə müzakirəyə çıxarılacaq, bunu jurnalistlərə açıqlamasında deputat, Dövlət Qulluğu İdarəetmə Şurasının üzvü Nizami Səfərov bildirib. 

Onun sözlərinə görə, bu layihənin geniş ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur.
 
"İctimaiyyət, eləcə də dövlət qulluqçuları bu layihə ilə yaxından tanış olacaq və təkliflərini irəli sürə biləcək. "Dövlət qulluğu haqqında" qanun 2000-cu ildə qəbul olunub, 2001-ci ildən qüvvəyə minib və bu qanunda bir sıra dəyişikliklər edilib. Ancaq qeyd etmək istəyirəm ki, qanun öz sistemliliyini saxlasa da, belə bir Məcəllənin hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyində mövcud olan yeni məcəllələrin hazırlanması istiqamətində atılan mühüm addım olacaq"- o deyib.
 
Cari ilin 23 iyununda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bildirmişdi ki, məcəllə məcəllə layihəsi təkliflərin təqdim edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, habelə Milli Məclisə, Hesablama Palatasına, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməsinə, Apellyasiya məhkəmələrinə, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali At­testasiya Komissiyasına təqdim edilib. Həmin qurumlardan təqdim olunan təkliflər öyrənilib, yenidən işlənilib və Nazirlər Kabinetinə təqdim edilib.
 
"Məcəllə” layihəsində dövlət qulluğu münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən işlənib və beynəlxalq təcrübə nəzərə alınaraq, yeni müddəalar həmin məcəllə layihəsinə əlavə edilib. Məcəllə layihəsinə dair beynəlxalq ekspertlərin rəyi nəzərə alınıb.

"Məcəllə” layihəsi 7 bölmə, 26 fəsil, 147 maddədən ibarətdir. Layihədə dövlət qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar öz əksini tapıb. Belə ki, dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğunun prinsipləri, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluğuna qəbul, səriştə sisteminin tətbiqi, dövlət qulluğu vəzifələlərinin tutulmasının ümumi şərtləri, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirilmə nəticəsində tətbiq edilən tədbirlər, intizam tənbehi tədbirlərinin tətbiqinə əsaslar, dövlət qulluqçusunun maddi məsulliyyəti, həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi təkmilləşdirilib.

Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol