• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Startup Yarışmasının Bakı finalı keçirilib - FOTOLAR

Dünya Startup Yarışmasının Bakı finalı keçirilib - FOTOLAR
20.04.2014 11:29

Azərbaycan Diplomatiya Akademiyasında “Seedstars” Dünya Startup Yarışmasının Bakı finalı keçirilib. 

Finalda 15 layihə iştirak etmək hüququ qazanıb. Hər bir startup öz layihəsinin təqdimatını keçirib və münsiflər heyətinin layihə ilə əlaqədar suallarını cavablandırıb. 

Bakı turunun nəticələrinə görə, “Manads” layihəsi 1-ci, “Talibro” layihəsi 2-ci, “Loupse” layihəsi isə 3-cü yerə layiq görülüb. 

Birinci yeri tutan tərəf Dünya Startup Yarışmasının final mərhələsində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə dəvətnamə alıb və dünya investorları qarşısında öz layihəsini təqdim edərək 500 min dollara qədər investisiya əldə etmək imkanı qazanıb. İkinci yerin qalibi 1000 AZN məbləğində pul mükafatı, üçüncü yerin qalibi isə sertifikatla təltif olunub. 

Qeyd edək ki, Dünya Startup Yarışmasının Bakı mərhələsini “Azercell” şirkəti, İsveçrənin “Seedstars” şirkəti, Barama İnnovasiya Mərkəzi və ADA Universiteti birgə təşkil edib. Bakı turunun rəsmi sponsoru isə Paşa Bank olub. 

“Seedstars” Dünya Startup Yarışmasında dünya üzrə 30 şəhər iştirak edir. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol