• $
  • €
  • ₽
  • ₺
  • £

Küləkdə damı uçan şəhid ailəsinin evi niyə 3 aydır təmir edilmir?

Küləkdə damı uçan şəhid ailəsinin evi niyə 3 aydır təmir edilmir?
19.07.2022 14:28
Aprel 12-də güclü külək nəticəsində evin üstü uçub-dağıldı. Üstündən 3 ay keçib, amma evin üstü hələ də o vəziyyətdə qalır. Bu evdə yaşlı qadın, körpə uşaq yaşayır. Bunu Bərdənin Cəyirli kəndindən olan ikinci Qarabağ müharibəsi şəhidi Səid Ədilovun ailəsi müraciət edib.

Şəhidin atası Həsən Ədilov qəzalı evdə yaşadıqlarını bildirir.

"3 aydır bax, elə bu qəzalı, üstü olmayan evdə yaşayırıq. Yaşlı anam da bu evdə qalır, qızımın balaca övladı da... Müraciət etmədiyim yer qalmayıb. Amma hələ də səs-soraq yoxdur”.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya belə cavab verilib.

"Hadisə baş verən vaxt şəhid ailəsi İcra Hakimiyyətinə müraciət edib və qurumdan onlara bildirilib ki, evin üstünün sökülən hissəsi üçün 40-50 ədəd "şifer” lazımdır. O ailəyə təklif olundu ki, lazım olan qədər "şifer” alıb verək, usta da göndərək təmir edilsin. Ancaq həmin ailə dedi ki, evin üstü ümumi götürülsün, təmir olunsun. Bunun üçün də bizdə o qədər vəsait yox idi. Bundan sonra İcra Hakimiyyətindən YAŞAT Fonduna müraciət olundu. Fond tərəfindən ailənin evinin təmiri üçün birinci dəfə 5 min manat pul ayırıldı”.

Qurumdan verilən məlumata görə, bundan bir müddət keçdikdən sonra şəhid ailəsi yenidən müraciət edib.

"YAŞAT Fondu tərəfindən həmin ailənin 1300 manatadək kredit borcu bağlanıldı. Yenidən ailə bir də İcra Hakimiyyətinə müraciət edəndə onların ərizəsini Fövqəladə Hallar Nazirliyinə göndərdik. İş indi baxılması üçün onlardadır. Bununla bərabər qurumumuz tərəfindən YAŞAT Fonduna yenidən müraciət etmişik. Fond onlara 1000 manat verib”.

Şikayətlə əlaqədar Fövqəladə Hallar Nazirliyininin Mətbuat xidmətindən mövzu ilə bağlı belə açıqlama verilib.

"Bərdə də baş vermiş güclü külək nəticəsində rayonun Cəyirli  kənd sakini, Vətən müharibəsinin şəhidi Səid Ədilovun atası Həsən Zülfü oğlu Ədilova məxsus fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyməsi ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən daxil olmuş müraciətə Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılıb. Yaxın günlərdə həmin evin dam örtüyünün bərpası üçün zəruri olan tikinti materialları aidiyyəti üzrə Bərdə Rayon İcra Hakimiyyətinə təhvil veriləcək”.

 Səid Ədilov 2 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə Şəhidlər Xiyabanında dəfn edilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol