• $
  • €
  • ₽
  • ₺
  • £

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
20.07.2022 17:00
"Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq  ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 30-dan çox media orqanını təmsil edən jurnalistlər 10 komandada biliklərini yarışdırıblar. İştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. İntellekt yarışında qalibiyyəti "Report” komandası qazanıb, "Azərtac” İA-ni təmsil edən komanda 2-ci, "Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara "Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.  


""Nar" olaraq, Milli mətbuat gününü mətbuatımızın dəyərli nümayəndələri ilə birgə qeyd etməkdən qürur duyuruq. Bu gün böyük həcmdə informasiya ilə üzləşirik, buna görə də cəmiyyətə məlumatın düzgün şəkildə ötürülməsi böyük əzm və məsuliyyət tələb edir. Bu vacib işin öhdəsindən gələn mətbuat nümayəndələrinə "Nar" adından təşəkkür edirəm. Milli mətbuat günümüz mübarək!”, - deyə "Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib. 


"Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/news/  


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol