• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün təyin edilən icra başçıları kimdir?

Bu gün təyin edilən icra başçıları kimdir?
25.07.2022 13:55
İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə Araz Əhmədov gətirilib. Başçı postu boş olan Göygöl və Lerik rayonlarına isə müvafiq olaraq Elvin Paşayev və Əkbər Abbasov təyinat alıb.

Yeni təyin olunan icra başçıları kimərdir?

Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də  son vəzifəsi idarə rəisi olub.  
 
Göygölə yeni icra başçısı təyin edilən Elvin Paşayev isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsini tutub. O, daha əvvəl Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi fəaliyyət göstərib. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Fotoda: Elvin Paşayev
 

Lerikin yeni icra başçısı Əkbər Abbasov da Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub. O, bu təyinata qədər nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 34 yaşlı Ə.Abbasov respublikanın ən gənc icra başçılarından sayıla bilər. O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub.
 
Fotoda: Əkbər Abbasov


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol