• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 96 % əkilən-becərilən bitkilər sığortalanır - Agentlikdən AÇIQLAMA

Azərbaycanda 96 % əkilən-becərilən bitkilər sığortalanır - Agentlikdən AÇIQLAMA
30.07.2022 11:12
Hazırda Azərbaycanda əkinə yararlı sahələrdə əkilən və becərilən bitkilərin 96 %-i siğortalanır. Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 41 bitki siğortlanıb.

Sadıqov deyib ki, artıq iki ildir ki, ölkədə Aqrar Siğorta Fondu fəaliyyət göstərir.

"Bizim başlıca gördüyümüz işlər fermerlərə aqrar siğorta xidmətlərinin təqdim edilməsidir. Zərər dəymiş fermerləri müəyyən edib, onlara təzminatların ödənilməsidir. Bu istiqamətdə kifayət qədər işlər görülür. 2021-ci ildə 2020-ci illə müqayisədə aqrar siğorta bazarında 450 %-lik artım olub. 2022-ci ilin altı ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar siğorta bazarında 250 %-lik artım var. Bu deməkdir ki, fermerlər siğortalanır, müqavilə sayları artır. Azərbaycanda artıq əkinə yararlı sahələrin 15 %-i siğortalanıb, siğortaladığımız bitkilərin sırasında əsas taxıl, pambıq, gilas, nar, soya istehsalçıları yer alıb”, - o deyib.

Bu ilin 5 ayı ərzində ölkə üzrə 5 milyon manatdan artıq aqrar sığorta haqqı toplanıb.
 
Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanda heyvandarlıq, bitkiçilik və akvakultura məhsullarının sığortalanması həyata keçirilir. Heyvandarlıq məhsulları olaraq 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar), 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar), 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər), bitkiçilik məhsulu olaraq taxıl, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq, meyvəsi yeyilən bitkilərdə - meyvə, yem bitkilərində - bütün yaşıl hissə sığortalanır. Akvakultura məhsulu kimi balıqlar aqrar sığorta predmeti hesab edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol