• $
  • €
  • ₽
  • ₺
  • £

MSK-da yeni şöbə və sektor yaradılıb

MSK-da yeni şöbə və sektor yaradılıb
04.08.2022 23:30
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında katibliyin strukturuna dair məsələyə baxılıb. Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, komissiyanın tapşırığı ilə müasir dövrün tendensiyaları və hazırda respublikamızda gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedilib: "Bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı”.

O qeyd edib ki, digər struktur vahidi isə komnukasiya ilə bağlıdır: "Bu gün həyatımızda çoxsaylı yeniliklər -istər sosial şəbəkələr, istər onlayn platformalar yaranıb. Ona görə də MSK-nın Katibliyininin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin adının yenilənməsinə ehtiyac yaranıb. Həmin şöbənin adının Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilməsini təklif edirik".

"Digər tərəfdən ölkədə siyasi partiyalarla bağlı bir sıra layihələr gəyata keçirilir. MSK da siyasi partiyalarla yaxın işləyən qurumlardan biridir. Məhz siyasi partiyaların fəaliyyətinin məğzi seçkilərdə iştirak etməkdir. Bütün bunları nəzərə alaraq MSK katibliyində yeni bir şöbənin yaradılması – Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasını təklif edirik", - R.Qasımov vurğulayıb.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol