• $
  • €
  • ₽
  • ₺
  • £

Yol hərəkət qaydalarından bixəbər sürücüləri başa düşmək olmur

Yol hərəkət qaydalarından bixəbər sürücüləri başa düşmək olmur
18.08.2022 09:41
Bakı sakini Araz Zülfüqarbəyli  yol polisi tərəfindən qanunsuz şəkildə cərimə edildiyini , Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli isə həmin sürücünün yol hərəkət qaydalarından bixəbər olduğunu bildirib. 

"Hadisə 13 avqust Azadlıq prospektində baş verib. Maşınları saxlamaq üçün ayrılan yolda yol polisi əməkdaşının və ya Bakı Nəqliyyat Agentliyinin cərimə etməsi qanunsuzdur. Bu əsas yola heç bir maneə törətmir. Təkcə mən narazı deyiləm. Məndən başqa 4-5 nəfər də bu vəziyyətdən narahatdır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən baş inspektor, mayor Araz Əsgərli sürücələrin yol hərəkət qaydalarını bilmədən özlərini haqlı hesab etmələrindən gileylənib. 

"Sürücünün göndərdiyi videodan da görmək olur ki, həmin yol maşın saxlamaq üçün nəzərdə tutulmayıb. Həm öndə, həm arxada parkinqə icazə haqqında nişan yoxdur. O protokol tamamilə doğru tərtib edilib”,  - yol polisi söyləyib.

Araz Əsgərlinin sözlərinə görə,  Azadlıq prospektinin şəhərin ən çox sıxlıq olan  yerlərindən biridir və bəzi sürücülər vəziyyəti çətinləşdirir.

" Sürücü dayanma işarəsinin az olduğu Azadlıq prospektində qanunsuz cərimə edildiyini iddia edir. Sentyabrda məktəblər açıldıqda qanundan xəbərsiz sürücülərə görə, bizi daha çox belə hallar gözləyir". 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu kimi məsələlərdə təkcə sürücünü yox, aidiyyəti qurumları da günahlandırıb.

" Videonun əvvəlində görünməsə də məncə həmin yerdə dayanmanı qadağan edən nişan var. Amma nişanın olması o demək deyil ki, orada parklanmanı tamamilə qadağan etmək olar. Həmin yerdə cib düzəldiblər. Avtomobillərin səkiyə paralel və ya perpendikulyar şəkildə parklanmasını bildirən nişan qoyulmalı idi. Bizim aidiyyəti qurumların ən böyük səhvi budur ki, hərəkətin təşkili ilə bağlı bu cür qüsurlar buraxırlar. Əgər dayanma durmanı qadağan edirsə, niyə cib yaradılıb?”,  - ekspert bildirib.

Ekspert cərimələmə siyasətinə qarşı çıxdığını və şərait yaratmağın mütləqliyini bildirib. 

" Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi  ucdantutma cərimələmə siyasəti güdməməli, vətəndaşlar üçün şərait yaratmalıdır. Cənab Prezident də öz çıxışlarında bildirib ki, əvvəlcə şərait yaratmaq lazımdır, daha sonra cərimələmək. Onlar şərait yaratmırlar, mövcud şəraiti də qaydalara uyğun şəkilə salmırlar. Yaxşı adət tapıblar ki, planşeti götürüb cərimə yazırlar. Bakı 90-cı illərdən sonra xaotik tikililərə məruz qalıb. Harda gəldi obyektlər, evlər tikilir. Bu gün avtomobilləşmə də sürətlə davam etdiyindən sürücülərə parklanma üçün şərait yaradılmalıdır”.
 



 

 
Məhluqə Tağıyeva

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol