• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qazisi özünü yandırdı - VİDEO

Qarabağ qazisi özünü yandırdı - VİDEO
18.08.2022 14:36
Bu gün, avqustun 18-də Samux rayon sakini  Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandırmağa cəhd edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
İddia olunur ki, intihara cəhd edən şəxs müharibə iştirakçısıdır.
 
Baş Prokurorluğun mətbuat xidmətindən verilən açıqlamaya görə, fakt araşdırılır. 
 
"Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır", -  qurumdan deyilib.
 
Gənc Qazilər İctimai Birliyinin  sədri Hacı Vəliyev bildirib ki, Abdullayev İcra Hakmiyyətindən narazıdır.
 
""Gənc Qazilər” İB-nin Samux rayon şöbəsinin sədri Təbriz Abdullayevin vəziyyəti qənaətbəxşdir. Yandırmağa səbəbkar Samux rayon icra hakimiyyətinin başçısıdır. Bir ilə yaxındır ki, icra başçısından dövlət tərəfindən ona verlecək torpağı ala bilmirmiş. Beş nəfər öz adamlarına verib digərlərində verməyib", - o yazıb.
 
Samux Rayon İcra Hakimiyyətindən məsələyə rəy almaq istəsək də, əlaqə yarada bilmədik. 
 

 
Ləman Qasımova
 

 

 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol