Bakı şəhərinin Qaradağ rayonunda yarımstansiyanın ərazisində transformatorun yağı və sarğıları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yarımstansiyanın ərazisindəki digər 2 ədəd transformator və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.