Ətçəkən maşının içindən 1,4 kq heroin çıxdı

Bərdə Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Röya Hüseynov saxlanılıb. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman ətçəkən maşının içərisində gizlətdiyi 1 kiloqram 390 qram olan heroin aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























