• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir məktəb psixoloqlarının fəaliyyətindən danışıb

Nazir məktəb psixoloqlarının fəaliyyətindən danışıb
23.08.2022 13:08
Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür. Bunu elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki,  orta təhsil müəssisələrinin psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil. Onun fikrincə, bunun səbəbləri tam başqadır.

"Əvvəllər şagird sayından asılı olmayaraq, hər məktəbdə bir psixoloq fəaliyyət göstərirdi. Biz hazırda məktəblərdə qısnama, bullinq və.s halları ilə bağlı psixoloji xidmətin mahiyyətinin dəyişməsi haqda düşünürük. Bununla bağlı işlərə başlamışıq. Bundan sonra əməkhaqqı məsələsinə də yenidən baxıla bilər. Burada əsas məqam məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqdır", - nazir deyib.
 
2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 220 nəfər işə qəbul hüququ qazanıb.

2020-ci ildə Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:


- şagird sayı 1 000-dək olduqda, 1 vahid;

- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.
 
Ləman Qasımova
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol