• $
  • €
  • ₽
  • ₺
  • £

"Papa"nin məhəlləsində narkomanların məkanı - VİDEO

"Papa"nin məhəlləsində narkomanların məkanı - VİDEO
24.08.2022 11:55
Videobloger Nail Kəmərli Bakının Cəlil Məmmədquluzadə ("Papanin”) küçəsində narkomanların daha çox yığıldığı ərazidən reportaj hazırlayıb. Kəmərli video reportajı özünün rəsmi  "Youtube" kanalında yayımlayıb.
 
"Papanin” sakinləri həmin ərazidə narkotik istifadəçilərinin çox olduğunu və nəzarətsiz qaldıqlarından gileylənib.
 
"Burada narkomanlıq baş alıb gedir. Hökümət yoxdur, bura baxan yoxdur. Polis baxmır, heç kim baxmır. Səhər tezdən gəlin, baxın,  50 min iynə var. Gecə çölə çıxa bilmirik. Qızımız, gəlinimiz evdən çıxa bilmir", - sakinlərdən biri deyib.
 
Küçədə yaşayan digər sakin isə narkotik istifadəçilərinin iaşə obyektlərinə, mağazalara da maddi zərər vurduğundan danışıb.
 
"Narkotik istifadəçilərindən biri gəldi mağazadan telefonumu götürdü. Həmin olay kameraya da düşdü. Çəkiliş də oldu. Polis dedi ki, "unut bu telefonu. Narkomanların ayağını buradan kəsmək lazımdır. Addımbaşı narkomanlar var", - o bildirib.
 
Reportajda azyaşlılar narkomanların istifadə edib sonradan tulladığı şpristləri də videoblogerə göstərib. Sakinlər 3-4 ildir narkomanların bu ərazidə məskunlaşdığını söyləyib.
 
"Onlara deyir ki, polisə, 102-yə verəcəm. Gülüb deyirlər ki, "ver də, polisin malını satıram onsuz da". Polisin adını da ləkələyirlər, polisə də böhtan atırlar. Bəlkə də, düz deyirlər, deyə bilmərik. Post-patrullarımız da yatır, yatır, gündüz saat 12-də gəlir. Onlara ərizə yazıb müraciət etmişəm ki, gecə saat 12-dən sonra küçəni gəzin.Konfet adı ilə uşaqlara "patı" verirlər”, - "Papanin” sakini deyib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Cəlil Məmmədquluzadə ("Papanin”), Şimal şitilliyi ("Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Bildirilib ki, Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
 
Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb ki, Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınmış cinayət hadisələrinin 5768-i və ya 31,7%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. 

Sözügedən cinayətlərin 59,9 %-i satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 %-i eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6%-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 %-i güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 %-i isə digər cinayətlər təşkil edib.

 
 

 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol