• $
  • €
  • ₽
  • ₺
  • £

“İslam Türk Tarixi” adlı ensiklopediya İstanbulda nəşr edildi

“İslam Türk Tarixi” adlı ensiklopediya İstanbulda nəşr edildi
24.08.2022 12:51
Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoymağa iddialı olan, doqquz cilddən ibarət "İslam Türk Tarixi” adlı ensiklopediya İstanbulda nəşr edilib. Kitab "Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəstəyi ilə ərsəyə gəlib.
 

Professor Firudin Cəlilovla görüşündə fundamental əsəri ərsəyə gətirdiyinə görə təşəkkürünü bildirən Mübariz Mənsimov bildirib ki, Türk dünyasının möhkəmlənməsi, güclənməsi, inkişafı və tandılımasına xidmət edən bu cür fəaliyyətləri dəstəkləmək hər bir iş adamının Vətən qarşısında borcudur.
 
"Bir alimin mürəkkəbi min şəhid qanına bərabərdir” deyilir müqəddəs dinimizdə. Bu araşdırma, bu əsər Türkiyəyə, Azərbaycana və bütövlükdə bütün türk dünyasına sözün əsl mənasında, qiymətli bir töfhədir və mən inanıram ki, bu əsərdə toplanılmış bilgilər tarix kitablarına salınaraq övladlarımız üçün mükəmməl bir dərs vəsaitinə çevriləcək. Tarixini, keçmişini bilməyənin gələcəyi də sual altında olar. Şanlı türk tarixinə işıq saldığınıza görə sizə hər birimiz minnətdarıq”, - Mübariz Mənsimov deyib.
 

Sözügedən bu əsər yaxın vaxtlarda həm Azərbaycanda, həm də Türkiyədə elmi ictimaiyyətə təqdim olunacaq.
 
Professor Firudin Cəlilov bildirib ki, əsər üzərində 30 ilə yaxın işləyib.
 
"30 ildir Urmu nəzəriyyəsi üzərində işləyirdim. Bu əsər həmin araşdırmaların nəticəsidir. Urmu nəzəriyyəsi türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. Üstəlik, apardığım araşdırmalar nəticəsində əminliklə və qətiyyətlə deyirəm ki, türklərin bu torpaqlarda yerli xalq olaraq 12 min illik bir dövrü əhatə edən tarixi vardır. 30 illik araşdırmalarımın nəticəsində "İslamöncəsi Türk Tarixi” adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Bu 9 kitab tarixi mənbələr, tarixi coğrafiya, Yaxın Doğuda qurulan qədim türk dövlətləri, tarixi etnoqrafiya və tarixi onomastika, ədəbiyyat və folklorda tarix, türk dili tarixi, türklərin soykökü şəcərəsi və Urmu nəzəriyyəsi mövzularını əhatə edir”, - müəlif deyib.
 
Firudin Cəlilov  türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini,  Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri olub. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olub və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb, elmi fəaliyətinə davam edib.
 






 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol