• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların əldə etdiyi xalis mənfəət nə qədərdir?

Bankların əldə etdiyi xalis mənfəət nə qədərdir?
24.08.2022 13:17
2022-ci  yanvar-iyulunda banklar 492.6 milyon manat xalis mənfəət əldə edib. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 741.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
 
Azərbaycan Mərkəzi Bankı məlumat verib ki, 31 iyul 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 41 milyard 589,7 milyon manata çatıb. 31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında bankların aktivləri 8,1% artıb. Bununla yanaşı, iyulda bankların aktivləri 0,8% və ya 330,5 milyon manat azalıb.


İyulun sonuna bankların kredit portfeli 18 milyard 487,4 milyon manat (2021-ci ilin sonu ilə müqayisədə 11% artım) təşkil edib. Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 139,2 milyon manatdır (artım 3,4%).


Bankların öhdəlikləri 36 milyard 450,5 milyon manat (artım 8,8%) təşkil edib. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 275,4 milyon manat (azalma 13,7%) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 29 milyard 600,5 milyon manat (artım 9,9 faiz), o cümlədən əhalinin əmanətləri 10 milyard 605,5 milyon manat (artım 17,4 faiz) təşkil edir. Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-iyulunda bankların cəmi xalis mənfəəti 492,6 milyon manat (2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 20,5% artım) təşkil edib.


Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 484,8 milyon manat (artım 25,3 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 220,9 milyon manat (artım 28,7 faiz) təşkil edib.


Bankların qeyri-faiz gəlirləri 646,7 milyon manat (artım 32,5%) olub. Bankların faiz xərcləri 352,6 milyon manat (artım 14,8%), o cümlədən depozitlər üzrə 245 milyon manat (artım 21,5%) təşkil edib. Bankların qeyri-faiz xərcləri 1 milyard 9,7 milyon manata (artım 30,9 faiz) bərabərdir.


2022-ci ilin yanvar-iyulunda Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 741,4 milyon manat (artım 29%) olub. Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 606,7 milyon manat (artım 26,2%), mənfəət vergisi ödənişləri 114,1 milyon manat (artım 58,7%) səviyyəsində qiymətləndirilir.


31 iyul 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir. Ümumilikdə bankların 480 filialı (2021-ci ilin sonu ilə müqayisədə 0,2% artım) və 95 filialı (2021-ci ilin sonunda 97) var. Azərbaycanın bank sektorunda 21,729 min nəfər çalışır (2021-ci ilin sonu ilə müqayisədə 6,9% artım ).
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol