Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib. Bu barədə aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil.
72 yaşlı aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.( Report)
www.anews.az
























