• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov dövlətin 13 milyon manatını ələ keçirib

Səlim Müslümov dövlətin 13 milyon manatını ələ keçirib
29.08.2022 17:32
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının nəticəvi hissəsinin elanı davam etdirilib.
 
İttiham aktında göstərilib ki, Səlim Müslümov Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyən müddətdə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlətin qanunla qorunan mənafelərinə xələl gətirib.
 
Belə ki, Səlim Müslümov vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib. Bununla o, göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Səlim Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) və digərləri ilə əlbir olaraq öz qulluq mənafeyindən istifadə edib Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müxtəlif bölgələrdə inşa olunan fərdi yaşayış evlərinin tikintisinə ayrılmış vəsaitlərin bir qismini rüşvət və mənimsəmə yolu ilə ələ keçirib. Həmin fərdi yaşayış evlərinin bir çoxunun tikintisi üçün tender elan olunub, qalib gəlmiş şirkətlərin hesabına dövlət büdcəsindən vəsait ayrılıb. Mühakimə olunan şəxs və cinayət əməlinə girdiyi digər şəxslər isə tikinti öhdəlikləri yerinə yetirilmədiyi halda rəsmi sənədlərə yalan məlumatlar qeyd olunub.
 
Səlim Müslümov bu kimi vasitələrlə rüşvət yolu ilə 13 milyon manat dövlət vəsaitini ələ keçirib.
 
Bütün bu əməllərə görə Səlim Müslümova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham olunub.
 
İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı Maliyyə Nazirliyinin depozit hesabına ödənilib.
 
 Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
 
Proses sentyabrın 5-də davam etdiriləcək.(APA)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol