• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü 460 saat ictimai işlərə cəlb olunacaq

AXCP üzvü 460 saat ictimai işlərə cəlb olunacaq
06.09.2022 11:02
Azərbaycanda Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayəti təmin edilib. Məhkəmənin hökmünə əsasən Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq. Bu barədə Sentyabrın 5-də Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan prosesdə qərar qəbul edilib.

AXCP üzvü Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 48-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Avqustun 25-də Gülnarə Rəhimova barəsində seçilmiş 147.1 maddəsi ağırlaşdırılaraq, 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə əvəz edilib.

Şikayətin verilmə səbəbi  avqustun 11-də Gülnarə Rəhimovanın Facebook-da paylaşdığı yazı olub. Belə ki,  cari il iyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Rəhimova bildirib ki, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub və  Məmiyevin döyülməsində iştirak edən serjant Seymur İmanovun fotosunu paylaşaraq informasiyanı ictimailəşdirib. 


AXCP üzvü özünü özünü günahkar saymır. O deyib ki, polis işçisini təhqir etməyib, onun fotosunu paylaşıb, İddiaçı İmanovdan şərh almaq mümkün olmayıb.

Növbəti məhkəmə prosesim 30 avqust 15:15-ə təyin olundu.
 
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı  "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, xidmət aparan polis əməkdaşlarının fotoşəkilləri bəzi sosial şəbəkə səhifələrində yayılır, müxtəlif məzmunlu şərhlər verilir, onların təhqirə və hədələrə məruz qoyulması halları baş verir.

"Bu, birmənalı qarşılanmır və hüquq müstəvisində tədbirlər görülür. Bəzi xanımlar var ki, onların hərəkətlərində kifayət qədər təhqir və böhtanla bağlı hüquqi əsaslar olsa da, indiyə qədər səbr, təmkin göstərilib. Dəfələrlə kütləvi tədbirlərdə, sosial şəbəkələrdə əməkdaşlarımız qəsdlə, məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıblar, fotoşəkilləri paylaşılaraq linç ediliblər. Bu, heç kimə sirr deyil və aşkar formada həyata keçirilib. Bunlarla bağlı sosial şəbəkələrdə və DİN-də arxivləşdirilən görüntülər - sübutlar var. Etiraf edilməlidir ki, tərəfimizdən indiyə qədər heç bir fakt sübuta çevrilməklə hansısa xanıma qarşı iddia qaldırılmayıb. Nəticədə bu təmkin bəzilərində arxayınçılıq yaradıb. Görünən odur ki, hüquqi və etik baxımdan onlar hədə və təhqir dolu aqressiv davranışlarını həm də ona görə nümayiş etdiriblər ki, onlara qarşı polis tərəfindən məsuliyyət yaradan məhkəmə iddiası qaldırılmayacaq. Ancaq hara qədər polis əməkdaşları məqsədli olaraq hədə və təhqirlərə məruz qalaraq, fotoşəkilləri paylaşılaraq linç ediləcək?”, - o deyib.

Elşad Hacıyev əlavə edib ki, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd davranış inzibati və cinayət məsuliyyəti yaradır.

Ləman 
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol